“Dəniz kuboku – 2017” yarışlarının planlaşdırılması ilə əlaqədar İran nümayəndə heyəti Bakıda olub

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz kuboku – 2017” beynəlxalq yarışlarının planlaşdırılması ilə əlaqədar İranın nümayəndə heyəti Bakıda olub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlimat verilib.

Hərbi Dəniz Qüvvələrində (HDQ) keçirilən görüşdə təlimin qaydaları, təhlükəsizlik, rabitə mübadiləsi və mədəni-ictimai tədbirlər kimi mövzularda müzakirələr aparılıb.

Qonaqlar oyunların keçiriləcəyi təlim-tədris kompleksinə də baxış keçiriblər.

Qeyd edək ki, iyulun 29-dan avqustun 12-dək “ArMİ-2017” hərbi oyunları çərçivəsində 28 beynəlxalq konkurs, o cümlədən 5 yeni yarış keçiriləcək. Konkurslar 5 ölkə ərazisində – Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan və Çində baş tutacaq. Çində 6, Qazaxıstanda 3, Belarusda 1 hərbi yarışlar reallaşcaq.

Azərbaycan isə bu oyunlar çərçivəsində ilk dəfə olaraq Xəzərdəki milli ərazi sularında “Dəniz kuboku – 2017” yarışlarına ev sahibliyi edəcək. Açılış mərasimi Azərbaycan HDQ-nın Puta qəsəbəsində yerləşən bazasında reallaşacaq. Yarışların keçirilməsi dənizçilər arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, dostluq münasibətlərinin genişlənməsi, döyüş hazırlığı və hərbi dənizçilik sahəsində təcrübənin artması məqsədi daşıyır.

Azərbaycan tərəfindən “Dəniz kuboku-2017” yarışlarının keçirilməsi üzrə işçi qrupun rəhbəri Azərbaycanı Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanovdur.

Xatırladaq ki, indiyə qədər bütün yarışlar Rusiyanın Xəzərdəki ərazi sularında keçirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş