“Dəniz Kuboku – 2018” beynəlxalq müsabiqəsinin planlaşdırılması üzrə işçi görüşü keçirilib

Aprelin 19-da Hərbi Dəniz Qüvvələrinin qərargahında “Beynəlxalq Ordu Oyunları – 2018” yarışları çərçivəsində  Azərbaycanın ərazi sularında təşkil olunacaq “Dəniz Kuboku – 2018” müsabiqəsinin planlaşdırılması üzrə işçi görüşü keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan, Rusiya, Qazaxıstan və İran nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə müsabiqənin növbəti dəfə ölkəmizdə təşkilinin əhəmiyyəti vurğulanıb, hazırlıqla bağlı planlaşdırılan məsələlər, görüləcək işlər müzakirə edilib və yarışların keçirilməsi üçün hazırlanan infrastruktura baxış keçirilib.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş