Dəniz piyadaları yeni döyüş helikopteri ilə təchiz ediləcək

“Bell” şirkəti ilə ABŞ Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları qoşunu arasında 49,1 milyon dollar dəyərində müqavilə imzalanıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “Bell” şirkəti mətbuata açıqlamasında bildirib.

Müqaviləyə əsasən “Bell” şirkəti Dəniz Piyadaları Qoşunu üçün 27 ədəd yeni AH-1Z “Viber” döyüş helikopteri istehsal edəcək.

Məlumatda o da qeyd olunur ki, bu müqavilə H-1 inkişaf layihəsinin bir hissəsi olaraq həyata keçirilir.

H-1 layihəsi çərçivəsində AH-1Z “Viber” hazırda donanmanın inventarında olan AH-1W “Super Cobra” döyüş helikopterini, UH-1Y “Venom” isə UH-1N “Twin Huey” çoxməqsədli helikopterlərini əvəzləməsi planlaşdırılır.

AH-1Z “Viber” helikopteri iki ədəd mühərriklə, dörd qanadlı rotor sitemi, radioelektron mübarizə və özünü qoruma sistemi ilə təchiz edilib. Yeni helikopterin 2 600 kq faydalı yük daşıma qabliyyəti var.

İki ekipajı olan AH-1Z “Viber” 20 min fut hündürlükdə uçuş həyata keçirə bilir. Helicopter 20 mm çaplı “Gatling” topu ve 70 mm-lik “Hydra” raketləri, “hava-hava” tipli AIM-9 “Sidewinder” raketləri ve “hava-səth” AGM-114 “Hellfire” raketləri ilə silahlandırilıb.

KATEQORIYA:
Bu xəbəri paylaş