Deyr əz-Zor şəhəri İŞİD qruplaşmasından tamamilə azad edilib

Suriya ordusunun genişmiqyaslı hücumdan sonra, Deyr əz-Zor şəhəri İŞİD qruplaşmasından tamamilə azad edilib.

“AzeriDefence” xəbər verir ki, bu barədə Livanın “Al-Masdar” portalı məlumat yayıb.

Suriya ordusunun müəyyən edilmiş dəstələri Deyr əz-Zorla yanaşı, Əl-Həmidiyə, Şeyx Yasin, Əl-Ardi və Əl-Rəşidiyə rayonlarını da İŞİD qruplaşmasından azad edib. Hazırda Suriya ordusu Deyr əz-Zor şəhərinin 97 faiz hissəsinə nəzarət edə bilir.

Qeyd edək ki, Deyr əz-Zor şəhərinin İŞİD-dən təmizlənməsi əməliyyatı bu il sentyabrın 5-dən başlanılıb. 3 ildir mühasirədə olan şəhər sentyabrın 5-də Suriya ordusu tərəfindən yarıldı. Təşkil olnunan hücum Fərat çayının qərb sahilinə doğru keçirildi. Hökumət qoşunları burada möhkəmləndikdən sonra əvvəlcə yaşayış məntəqələri, daha sonra şəhəri bütünlüklə İŞİD qruplaşmasından azad edildi.

 

KATEQORIYA:
Bu xəbəri paylaş