Dimitriy Roqozin: “Mühərrikin Ukraynada istehsal olunmasını istəyirdik…”

“Rusiya-Çin birgə istehsalı olan helikopter üçün mühərrik yaxın 5 ilə hazırlanacaq”.

“AzeriDefence”nin məlumatına görə, bu açıqlmanı yerli mediaya Rusiya baş nazirinin müavini Dimitriy Roqozin verib.

O deyib ki, ağır tonnajlı bu helikopter üçün mühərrik Rusiya tərəfindən istehsal ediləcək. Bu proses isə ən tez halda 5 il çəkəcək.

D. Roqozin bildirib ki, Rusiya ilə Çin birgə ağır tonnajlı, 15 ton yükqaldırma imkanına malik nəqliyyat təyyarəsinin istehsalına dair razılığa gəliblər. Helikopterin texniki xarakteriskası da yekunlaşmaq üzrədir.

O əlavə edib ki, yaxın günlərdə mühərriklə bağlı təklifləri dinləmək, eskizlə tanış olmaq üçün helikopterin həmin hisssəsinin hazırlanacağı Permdəki müəssisəyə gedəcək: “Biz ilkin olaraq mühərrikin Ukraynada istehsal olunmasını istəyirdik. Məlum hadisələrdən sonra bu niyyətdən vaz keçməli olduq və başqa varinat tapdıq”.

Xatırladaq ki, qeyd olunan helikopterin istehsalı ilə bağlı “Rostex” holdinqinin “Vertoleti Rossii” şirkəti ilə Çinin Aviasiya Sənayesi Korporasiyası (AVİC) arasında müqavilə bu ilin mayında imzalanıb.

KATEQORIYA:
Bu xəbəri paylaş