DİN Daxili Qoşunlar: kazarma və qərargah mebellərinin satınalınması -TENDER

DİN Daxili Qoşunlarının Baş İdarəsi 2012-ci ildə kazarma və qərargah mebellərinin satınalınması məqsədi ilə tender elan edib.

Tender 2 lot üzrə keçirilir.

LOT-1: kazarma mebel və inventarlarının satınalınması (iştirak haqqı 300 manat)
LOT-2: qərargah mebellərinin satınalınması (iştirak haqqı 90 manat)

Tenderdə iştirak etmək istəyənlər təklif edilən əmlakın nümunələrini martın 14-dək Daxili Qoşunların Baş İdarəsinə təqdim etməlidirlər.
İddiaçıların sənədlərinin qəbulu martın 14-dək, təkliflərin qəbulu martın 29-dək DQ Baş İdarəsində (Bakı şəhəri, Q. Musabəyov küçəsi 4 ünvanında. Tel: (+994 12) 569 95 10)keçiriləcək. Təklif zərfləri martın 30-da açılacaq.

Tender elanının tam mətni “Xalq Qəzeti”nin 23 fevral 2012-ci il tarixli sayında yerləşdirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş