DİN: İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilir

DİN: İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilir

İşğaldan azad edilmiş ərazilərdə Daxili Qoşunların hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri gücləndirilir.

“Azeri Defence” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilmiş Ağdam şəhərində və kəndlərində xidməti fəaliyyətini bərpa edib. Daxili Qoşunların hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən postlar qurulub və təhlükəsizliyə tam şəkildə nəzarət edilir.

KATEQORIYA:
Bu xəbəri paylaş