DİN ölkədəki hərbi vəziyyət rejiminin tələblərinə uyğun davranılması barədə vətəndaşlara müraciət edib

DİN ölkədəki hərbi vəziyyət rejiminin tələblərinə uyğun davranılması barədə vətəndaşlara müraciət edib

Silahlı Qüvvələrimizin cəbhədə qazandığı uğurlar, qələbə xəbərləri vətəndaşlarımızda böyük ruh yüksəkliyi, çoşqu yaradıb. Lakin təəssüflər olsun ki, ayrı-ayrı şəxslər öz müsbət emosiyalarını indiki həssas məqamda tamamilə yolverilməz olan şəkildə – fişənglərdən istifadə etməklə, atəşfəşanlıqla qeyd edirlər.

Bu barədə Azeri Defence saytına Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Vətəndaşlarımızı bu cür hərəkətlərdən çəkinməyə, pirotexniki vasitələrdən istifadə etməməyə çağırır, hər bir şəxsdən ölkədəki hərbi vəziyyət rejiminin tələblərinə uyğun davranmağı xahiş edirik”, – deyə Daxili İşlər Nazirliyinin məlumatında deyilib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş