Diplomatik korpusun nümayəndələri Tərtər və  Ağdama səfər edib

Diplomatik korpusun nümayəndələri Tərtər və Ağdama səfər edib

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, diplomatik korpusun nümayəndələrinin, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin Tərtərə və yenicə işğaldan azad olunmuş Ağdama səfəri təşkil olunub.

Azeri Defence saytının məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev özünün rəsmi “Twitter” hesabında deyib.

“Biz Tərtərdə Ermənistan tərəfindən edilən ağır bombardmanın nəticələrini görəcəyik. Ağdam dağıdılaraq “ruhlar şəhəri”nə və “şəhərə qarşı terror”un nümunəsinə çevrilib. “Qarabağ” futbol klubu da bizimlədir”, – deyə Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib.

KATEQORIYA:
Bu xəbəri paylaş