Diplomatlar Tərtərdə Ermənistanın raket və artilleriya hücumlarının nəticələrinin şahidi olublar

Diplomatlar Tərtərdə Ermənistanın raket və artilleriya hücumlarının nəticələrinin şahidi olublar

Diplomatik korpusun nümayəndələri Ermənistanın amansız raket və artilleriya hücumlarının nəticələrinin şahidi oldular.

“Azeri Defence” saytının məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev özünün rəsmi “Twitter” hesabında deyib.

Hikmət Hacıyev bildirib ki, Qırx dörd günlük müharibə zamanı Ermənistan məcburi köçkünlər üçün tikilmiş Tərtər rayonunun Şıxarx qəsəbəsini intensiv şəkildə fərq qoymadan atəşə tutub.

“Diplomatik korpusun nümayəndələri Ermənistanın amansız raket və artilleriya hücumlarının nəticələrinin şahidi oldular. Oktyabrın 29-da Ermənistan ordusu tərəfindən Tərtərə atılan “Smerç” raketi fərdi evdən götürülərək yerli muzeyə təhvil verilib”, – Prezidentin köməkçisi bildirib.

KATEQORIYA:
Bu xəbəri paylaş