“DN Technologies” RPQ-7V2 atış simulyatorunu hazırlayır

“DN Technologies” RPQ-7V2 atış simulyatorunu hazırlayır

“DN Technologies” şirkəti AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) iştirakı ilə RPQ-7V2 tank əleyhinə əl qumbaraatanının atış simulyatorunun yaradılması işlərinin yekunlaşdırır

Bu barədə “AzeriDefence”ə DN Technologies” şirkətinin direktoru Ceyhun Nabadov məlumat verib.

Nabadovun sözlərinə görə, bu modulyar dizayna malik təlim-məşq qurğusudur. “DN Technologies” MMC-nin istehsalı olan xüsusi proqram təminatı ilə inteqrasiya edilmiş Virtual Reallıq Nişangah Qurğusu ilə heç bir proyektor, monitor kimi əlavə texnologiyalardan istifadə etmədən, istənilən tank əleyhinə əl qumbaraatanını təlim silahına çevirmək mümkündür. Simulyator həm sinif, həm də çöl şəraitində istifadəyə uyğunlaşdırılıb. Simulyatorun proqram təminatında hər növ döyüş tapşırıqlarının imitasiyası nəzərə alınıb. Qurğunu asanlıqla hərbi hissədə mövcud olan əl qumbaraatanına inteqrasiya edib, təlim keçmək mümkün olacaq.

“Artıq səhnələr, modellər hazırdır. Qurğunun əsas lövhəsi və digər hissələrin sınaq nümunəsi istehsal edilib. İlkin laboratirya testləri keçirmişik. Hazırda bəzi texniki sualların, o cümlədən, 3D görüntülərin yüksək keyfiyyətlə və daha real görüntülənməsi ilə bağlı məsələlərin həlli istiqamətində çalışırq. Hesab edirik ki, 2020-ci ilin fevral ayınadək bir neçə nümunəni hazırlayıb sınaqlardan keçirilməsi üçün hərbi qurumlara verəcəyik”, – deyə C. Nabadov qeyd edib.

Gələn il Bakıda keçiriləcək ADEX-2020 sərgisində RPQ-7V2 simulyatorunun nümayişi planlaşdırılır.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş