Dəniz missiyaları üçün konfiqurasiya edilmiş yeni Hermes-900 təqdim edilib

Elbit Systems şirkəti “AeroIndia 2013” sərgisində özünün dəniz missiyaları üçün konfiqurasiya edilmiş yeni Hermes-900 pilotsuz uçuş aparatını (PUA) təqdim edib. “AzeriDefence”nin məlumatına görə, bu aparat 350 kiloqrama qədər yük daşıya bilir.

PUA sisteminə dəniz axtarış radarı, AİS sistemi, çox sensorlu elektro-optik və elektrok kəşfiyyat sistemləri daxildir. Mövcud sistemlər aparata dənizin böyük sahələrini əhatə etmək, dənizdə olan gəmilər ilə əlaqə saxlamaq imkanı verir. Hermes-900-ün aerodinamik mükəmməlliyi onun uçuş profillərin dəyişdirilməsini asanlaşdırır. Bu PUA RLS-in köməyi ilə gəmilərin vizual tanınmasını təmin edir. Peyk kommunikasiyası isə sahildən 1000 dəniz mili əhatə etməyə imkan yaradır.

KATEQORIYA:
Bu xəbəri paylaş