“Dəniz Sistemləri Seminarı -2012”yə hazırlıq başlayıb

Türkiyədə V “Dəniz Sistemləri Seminarı -2012”yə hazırlıq işlərinə start verilib. Seminarın təşkilat komitəsindən “AzeriDefence”yə verilən məlumata görə, sayca beşinci olan növbəti seminar 8-9 oktyabr 2012-ci il tarixində gerçəkləşəcək.

Türkiyə Müdafiə Sənayesi Katibliyinin ev sahibliyində Ankarada keçiriləcək seminarda yerli və xarici ölkələrdən dənizçilərin, istehsalçı şirkətlərin, əlaqədar şəxslərin, araşdırmaçıların iştirakı gözlənilir.

Ötən il keçirilən seminarda ümumilikdə 1000 nəfər iştirak edib.

Seminarın salon, təşkilati işlər və proqramının hazırlanması üçün Ana Sponsorluq və Oturum Sponsorluğu üçün müraciətlərin qəbulunu elan edib. Müraciətlər ən son 14 mart tarixinədək qəbul olunur.

Seminarda dinləyici qismində iştirak ödənişsizdir. Maraqlananlar www.denizsistemlerisemineri.com internet ünvanına və ya [email protected] e-poçtuna müraciət edə bilər.

Qeyd edək ki, 17-18 oktyabr 2012-ci il tarixlərində gerçəkləşmiş IV “Dəniz Sistemləri Seminarı” ODTÜ Kültür Kongre Mərkəzində baş tutub.

Seminarın sərgi hissəsində ADIK, Aeromaritime, Atlas Elektronik, BMT Defence, ESIS Enerji, Global Teknik, GOCA Exhibition, Mil-Sys, Pall Corporation, Rheinmetall Defence, Sedef Tersanesi, Tam İsabet Muvazaat, Truva və s. Kimi şirkətlər öz məhsullarını nümayiş etdiriblər.

KATEQORIYA:
Bu xəbəri paylaş