DOK-İng MV-4B mexaniki minatəmizləyən maşının testlərini yekunlaşdırır

DOK-İng şirkəti yeni MV-4B mexaniki minatəmizləyən maşının növbəti testlərini keçirib. Bu barədə “AzeriDefence” DOK-İng şirkətinin saytına istinadən məlumat verib.

Hazırda maşının qəbul testləri qrafik üzrə davam etdirilir. Yeni maşın vasitəsi ilə operator kameralardan istifadə etməklə ən azı 500 metr uzaqlıqdan maşını idarə edə biləcək.

MV-4B sisteminə dörd kamera (ön və arxada) daxildir. Bu da operatora maşını manevrli idarə etmək imkanı verir. Istehsalçı şirkət sentyabrın sonunadək 5 ədəd maşının testlərini tamamlamağı planlaşdırır.

KATEQORIYA:
Bu xəbəri paylaş