“DongFeng Warrior”un ilk ixracat müqaviləsi imzalanıb

“DongFeng Warrior”un ilk ixracat müqaviləsi imzalanıb

Çin yeni nəsil “DongFeng Warrior” zirehli maşınlarının tədarükü üçün ilk ixracat müqaviləsi bağlayıb.

Azeri Defence saytının xarici mediaya istinadən verdiyi məlumata görə, “Dongfeng Off-Road Vehicle Company” ilə “Poly Technologies” arasında N720 layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən, “Poly Technologies” şirkəti “Dongfeng Off-Road Vehicle Company”dən silah sistemləri ilə təchiz edilən 100 ədəd “DongFeng Warrior” zirehli maşınları alacaq.

4×4 təkər formuluna malik “DongFeng Warrior” zirehli maşınları adı açıqlanmayan Afrika ölkələrindən birinə ixrac ediləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş