Dövlət Departamenti BƏƏ-nə 150 milyon dollarlıq hərbi satışı təsdiqləyib

Dövlət Departamenti BƏƏ-nə 150 milyon dollarlıq hərbi satışı təsdiqləyib

ABŞ Dövlət Departamenti Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) Xarici Hərbi Satış çərçivəsində təxmini dəyəri 150 milyon dollar olan ikinci sifarişi təsdiqləyib.

“AzeriDefence”nin məlumatına görə, yeni sifariş paketinə BƏƏ Ordusunda istifadə edilən AH-64 “Apache”, UH-60 “Black Hawk” və CH-47 “Chinook” helikopterləri üçün ehtiyat hissələrin və proqram dəstəyinin çatdırılması və digər xidmətlər daxildir.

“Təklif olunan satış bölgədəki əhəmiyyətli bir tərəfdaşın təhlükəsizliyini yaxşılaşdırmağa kömək etməklə ABŞ-ın xarici siyasətini və milli təhlükəsizliyini dəstəkləyəcək”, – deyə məlumatda qeyd olunub.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş