
Dövlət Komissiyası: 1992-ci ildə əsir götürülmüş Azərbaycan hərbçisinin tapılması barədə məlumatlar həqiqətəuyğun deyil
1992-ci ildə əsir götürülmüş Azərbaycan hərbçisinin tapılması barədə məlumatlar həqiqətəuyğun deyil.
Azeri Defence saytının məlumatına görə bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
“Sosial şəbəkələrdə Azərbaycan Ordusu tərəfindən Füzuli şəhərinin işğaldan azad edilməsi zamanı 1992-ci ildə əsir götürülmüş Azərbaycan hərbçisinin şəhər binalarından birinin zirzəmisində zəncirlə bağlanmış vəziyyətdə tapılması barədə yayılmış məlumatlar həqiqətə uyğun deyil”, – deyə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.
KATEQORIYA: Xəbərlər