Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edir

Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edir

Azərbaycannın Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar xidmətə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.

Bu barədə “Azeri Defence”ə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzimndən məlumat verilib.

Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

Müddətli həqiqi hərbi xidmət keçmiş olmalı;

35 yaşı keçməməli;

Fiziki cəhətdən sağlam olmalıdırlar.

Müraciət etmək istəyən kişi namizədlərin Dövlət Sərhəd Xidmətinin Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadr bölmələrinə yaxınlaşması xahiş olunur.

Ünvan:  Bakı şəhəri, Z.Əliyeva küçəsi 30.

Əlaqə nömrəsi:  012-493–62–47.

KATEQORIYA:
Bu xəbəri paylaş