Dövlət Sərhəd Xidmətində hərbi tibb sahəsində həqiqi hərbi xidmətə və ya işə qəbul olmaq istəyənlərin nəzərinə

Dövlət Sərhəd Xidmətində hərbi tibb sahəsində həqiqi hərbi xidmətə və ya işə qəbul olmaq istəyənlərin nəzərinə

Dövlət Sərhəd Xidmətində hərbi tibb sahəsində həqiqi hərbi xidmətə və ya işə qəbul olmaq  istəyən, aşağıda göstərilən ixtisaslar üzrə tibbi təhsili olan vətəndaşlar sənədlərini təqdim edə bilərlər:

  • Həkim-terapevt;
  • Həkim-ümumi cərrah;
  • Həkim-stomatoloq;
  • Həkim-sanepidemioloq;
  • Həkim-dermatoloq;
  • Həkim-infeksionist;
  • Həkim-otolarinqoloq;
  • Həkim-laborant;
  • Tibb Universitetini bitirmiş, lakin rezidenturaya daxil olmamış həkimlər;
  • Feldşer;
  • Feldşer-laborant;
  • Diş texniki.

Namizədlər aşağıdakı  tələblərə cavab verməlidirlər:

  • Xidmətə qəbul olmaq istəyən kişi namizədlər müddətli həqiqi hərbi xidməti keçmiş olmalı;
  • Fiziki cəhətdən sağlam olmalı;
  • Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olmalıdırlar.

Namizədlər Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadrlar bölmələrinə müraciət edə bilərlər.

Əlavə məlumat üçün:

Ünvan:  Bakı şəhəri, Z.Əliyeva küçəsi 30.

Əlaqə nömrəsi:  (012) 564-16-92

(012) 493-62-47

KATEQORIYA:
Bu xəbəri paylaş