Dövlət sərhədində Ermənistan Ordusunun hərbi qulluqçusu vurulub

Dövlət sərhədində Ermənistan Ordusunun hərbi qulluqçusu vurulub

Azərbaycan-Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozaraq təxribatlar törətməyə çalışan Ermənistan Ordusunun müqavilə əsasında xidmət edən hərbi qulluqçusu ağır yaralanıb.

“AzeriDefence”nin sosial şəbəkələrdən əldə etdiyi məlumata görə, yaralanan hərbi qulluqçu Qaro Simonyan İrəvanın Mərkəzi Klinik Hərbi Hospitalına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Ermənistan Müdafiə Nazirliyinin də yaydığı məlumatda bir hərbi qulluqçunun yaralandığı bildirilib.

Qeyd edək ki, Qazax-Ağstafa istiqamətində Ermənistan Ordusu 2020-ci ildə yaralı və ölü olmaqla 10 itki verib. Lakin Ermənistan tərəfi bu itkilərin əksəriyyətini gizlədib.

KATEQORIYA:
Bu xəbəri paylaş