Dövlət Xidməti: 55 mindən çox vətəndaş döyüşlərdə könüllü olaraq iştirak etmək üçün qeydiyyata alınıb

Dövlət Xidməti: 55 mindən çox vətəndaş döyüşlərdə könüllü olaraq iştirak etmək üçün qeydiyyata alınıb

Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə könüllü olaraq iştirak etmək istəyən vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə çoxsaylı müraciətləri davam edir.

Dövlət Xidmətdən “AzeriDefence”ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin çağırışına səs verən 55 min 130-dan çox vətəndaş bu günədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə respublikanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar.

KATEQORIYA:
Bu xəbəri paylaş