Dövlət Xidməti: Könüllü kimi müraciət edən 50 mindən çox vətəndaş qeydiyyata alınıb

Dövlət Xidməti: Könüllü kimi müraciət edən 50 mindən çox vətəndaş qeydiyyata alınıb

Vətəndaşların orduda könüllü xidmət etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli şöbələrində qeydiyyatı davam edir.

SHXÇDX-nin mətbuat xidmətindən Azeri Defence saytına verilən məlumata görə, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 50500-ə yaxın vətəndaş bugünədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə elektron qaydada, həmçinin Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək respublikanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək haqqında könüllü olaraq öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti göstərdikləri yüksək vətənpərvərliyə görə vətəndaşlarımıza bir daha təşəkkürünü bildirir.

KATEQORIYA:
Bu xəbəri paylaş