Dövlət başçısı həlak olan polisləri təltif etdi

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin əməkdaşlarının “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

“AzeriDefence”nin məlumatına görə, sərəncamla noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində keçirilmiş xüsusi əməliyyat nəticəsində təxribatlar, kütləvi iğtişaşlar və terror aktları törətməklə Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsini planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstənin zərərsizləşdirilməsi nəticəsində qəhrəmancasına həlak olmuş Daxili İşlər Nazirliyinin əməkdaşları – polis serjantı Vüqar Əyyub oğlu Nəsibov və polis serjantı İsmayıl Rəsul oğlu Tağıyev “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş