Dövlət Bayrağı Günü münasibətilə güllə atıcılığı yarışı keçirilib – FOTOLAR

“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin icra orqanı Dövlət Bayrağı Günü münasibətilə öz əməkdaşları arasında “Bayrağımızla zəfərə doğru!” devizi altında güllə atıcılığı yarışı keçirib.

Bu barədə “AzeriDefence”yə məlumat cəmiyyətin mətbuat xidmətindən verilib.

Cəmiyyətin sədri Şahvələd Əliyev bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 9 noyabr tarixli qərarı ilə təsdiq olunan dövlət bayrağı 72 il sonra, 1990-cı il noyabrın 17-də ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq Azərbaycan tarixinə növbəti şanlı gün kimi yazılıb.

O qeyd edib ki, prezident İlham Əliyevin 9 noyabrın Dövlət Bayrağı Günü kimi qeyd edilməsi haqqında sərəncamı, eyni zamanda Dövlət Bayrağı Meydanının yaradılması barədə təşəbbüsü dövlət atributlarına yüksək ehtiramın ən gözəl nümunəsidir.

Ş. Əliyev vurğulayıb ki, atıcılıq yarışının keçirilməsində əsas məqsəd vətəndaşların dövlət atributlarına hörmət ruhunda tərbiyə etməkdir.

Daha sonra Bayraq gününə həsr olunan video çarx nümayiş etdirilib. Sonra yarışa start verilib.

Yarışda cəmiyyətin əməkdaşı Niyazi Eynalov 48 ballıq nəticə ilə atıcılıq yarışının qalibi olub. Digər əməkdaşlar Süleyman Əlibəyov 45 balla 2-ci, Surxay Həsənquliyev isə 44 balla 3-cü nəticə göstəriblər. Fərqlənən əməkdaşlar cəmiyyət sədri tərəfindən mükafatlandırılıblar.

IMG_3373

IMG_3417

IMG_3481

IMG_3499

 

KATEQORIYA:
Bu xəbəri paylaş