Dövlət Departamenti Ərdoğanın mühafizə xidmətinə silah satışına icazə qərarını ləğv edib

ABŞ Dövlət Departamenti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizəçilərinə silah satışının ləğv edilməsi barədə sənədi təsdiqləyib.

“AzeriDefence”nin “RIA Novosti”yə istinadən verdiyi məlumata görə, ABŞ Dövlət Departamenti yayılan məlumatları təsdiq edərək vurğulayıb ki, Donald Тrampın prezident administrasiyası Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizə xidmətinini əməkdaşlarına 1,2 milyon dollarlıq silah satışını ləğv edib.

Daha əvvəl “Assoşeyted Press” agentliyi xəbər verib ki, Tramp administrasiyası Ərdoğanın mühafizəçilərinin hərəkətlərinə cavab olaraq satışı ləğv edib. May ayında Türkiyə prezidentinin ABŞ-a səfəri zamanı onun mühafizəçiləri ilə Türkiyənin Vaşinqtondakı səfirliyinin iqamətgahının yaxınlığında aksiya iştirakçıları arasında qarşıdurma baş verib. Bildirilir ki, hadisə yerində olan Türkiyə prezidentinin mühafizəçiləri aksiya iştirakçılarını döyüblər.

Bu hərəkətə görə, Dövlət Departamenti Türkiyəyə etirazını bildirib. Ankara öz ünvanına səsləndirilən ittihamları rədd edib və bildirilib ki, ABŞ hakimiyyəti təhlükəsizliklə bağlı lazımı işlər görməyib. Ona görə də hadisə baş verib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş