Dövlət Komissiyası: Azərbaycan Ordusunun döyüşdə itkin düşmüş hərbçisi ilə bağlı beynəlxalq təşkilatlarla birlikdə araşdırma aparılır

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bu gün itkin düşən hərbi qulluqçu barədə məlumat yayıb.

“AzeriDefence”nin bildirdiyinə görə, Komissiyanın məlumatında qeyd olunub ki, dekabrın 29-da Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlunun sonrakı taleyinə aydınlıq gətirilməsi məqsədilə aidiyyəti beynəlxalq təşkilatlarla birlikdə araşdırma işləri aparılır.

Araşdırmanın nəticəsi barədə ictimayyətə əlavə məlumat veriləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş