Dövlət Sərhəd Xidmətinin rəisi Gürcüstanın daxili işlər naziri ilə görüşüb

Noyabr ayının 26-da Azərbaycanda işgüzar səfərdə olan Gürcüstanın Daxili İşlər Naziri Giorgi Mgebrşvili ilə Dövlət Sərhəd Хidmətinin rəisi–Sərhəd Qоşun­lаrının Kоmаndаnı generаl-pоlkоvnik Elçin Quliyev arasında görüş keçirilib.

Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Görüşdə Azərbaycan – Gürcüstan dövlət sərhədin­də əmə­liy­yat şəraiti və onun inkişaf tendensiyaları müzakirə olunub. AzərbaycanDövlət Sərhəd Xidməti və Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisi arasında faydalı əməkdaşlığın hazırki vəziy­yəti və perspektivləri, Avropa İttifaqı, Frontex, GUAM kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişlən­dirilməsi haqqında fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycan – Gürcüs­tan dövlət sərhədin­in delimitasiyası və demarkasiyası üzrə işlərin uğurla davam etdirilməsini qeyd edib, razılaşdırılmamış ərazilər üzrə tezliklə razılıq əldə ediləcəyinə ümidvar olduqlarını bildiriblər.

Müzakirələr zamanı beynəlxalq terrorçuluğa, qanunsuz miqrasiyaya, qa­çaq­mal­çı­lı­ğa və dövlət sərhədindən digər qanunsuz fəaliyyətə qarşı mübarizə sahəsində Azərbaycan  və Gürcüstan sərhədçilərinin birgə səyləri yüksək qiymətləndirilib.

Bununla yanaşı, görüş zamanı Ermənistan tərəfindən Azərbay­can Res­pub­li­ka­sı­nın 20% ərazisinin işğal edilməsinin ölkəmizin Azərbaycanın milli təhlükəsizliyi üçün əsas təhdid olaraq qaldığı və həmin ərazilərin transsərhəd cinayətkarlıq tərəfindən istifadə olunduğu xüsusi vurğulanıb.

photo_20151127092200

photo_20151127091707

photo_20151127091653

photo_20151127091638

photo_20151127091621

photo_20151127091533

 

KATEQORIYA:
Bu xəbəri paylaş