Dövlət Gömrük Komitəsinə yeni avadanlıqlar verilib

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya Regional Nümayəndəliyi Azərbaycan Dövlət Gömrük Komitəsinə (DGK) yeni avadanlıqlar və texnika bağışlayıb. Bu barədə “AzeriDefence” DGK-nin saytına istinadən məlumat verib.

DGK-ya bağışlanmış avadanlıqlar arasında “Ford Ranger” markalı xüsusi nəqliyyat vasitəsi, CT30 KİT markalı baxış komplekti, kimyəvi maddələrdən müdafiə üçün vasitələr, naviqasiya cihazı (GPS), prekursorların müəyyən edilməsi üzrə komplektləri yer alıb.

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi ilə ÜGT-nin birgə həyata keçirdiyi “Konteyner Daşınmalarına Nəzarət” Layihəsinin Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Əfqanıstandan narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizə” adlı fazası çərçivəsində Dövlət Gömrük Komitəsinə təhvil verilən avadanlıqlar “Bakı Beynəlxalq Liman” dəniz nəzarət postunda və Astara Gömrük İdarəsində yaradılması planlaşdırılan konteynerlərə nəzarət bölmələrinin təchizatı üçün nəzərdə tutulur.

KATEQORIYA:
Bu xəbəri paylaş