Dövlət hərbi xidmətdən ehtiyata buraxılanlara pul verəcək

HƏRBÇİLƏRƏ ŞAD XƏBƏRAzərbaycanda “Hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişikliklər layihəsi hazırlanıb.

“AzeriDefence”nin məlumatına görə, bunu Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi, polkovnik Rauf Kişiyev “Azərbaycan Ordusu” qəzetinin son sayına müsahibəsində bildirib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təşəbbüsü ilə hazırlanmış dəyişikliklərin respublikanın digər güc sturkturları ilə razılaşdırıldığınıı deyən polkovnik Kişiyevin sözlərinə görə, layihədə proqresssiv və sosial yönümlü müddəalar əksini tapıb. Bu qanun layihəsi qəbul edildiyi təqdirdə ordu sıralarında xidmət edən həqiqi hərbi xidmət hərbi qullluqçuları, həmçinin vaxtı ilə orduda xidmət edərək ehtiyata və istefaya buraxılmıış hərbi qulluqçuların sosial müdaiiəsi ilə bağlı vəziyəətin daha da yaxşılaşdırılması gözlənilir.

Kişiyev layihədəki dəyişikliklər barədə məlumat verərək bildirib ki, adıçəkilən mövcud qanunda hərbi qulluqçuların yalnız xidməti mənzillə təmin olunması nəzərdə tutulduğu halda yeni layihədə onların daimi mənzillə müvafiq şərtlər nəzərə alınmaqla təmin edilməsi əksini tapır. Burada həmçinin ehtiyatda və istefada olan həərbi qulluqçulların maddi təminat, istirahət, işlə təmin olunma hüquqları nəzərdə tutulur.

“Yeni qanun layihəsinə görə, dövlət hərbi qulluqçular qarşısında ikili öhdəlik daşıyır. Yəni həmin vətəndaşların tək mənzillə təmin edilməsi deyil, həm də istəkləri nəzərə alınmaqla mənzil əvəəzinə pul kompensasiyasının ödənilməsi nəzərdə tutulur”, – deyə İdarə rəisi vurğulayıb.

Yeni layihədə nəzərdə tutulan ən maraqlı məqam isə hərbi xidmətdən ehtiyata buraxılanlara müəyyən məbləğdə maddi yardımıın verilməsidir: “Hərbi xidmətdən buraxılmaqla bağlı müəyyən məbləğ müəyyən edilib ki, həmin vətəndaşlar ordudan sonra cəmiyyətə reabllitasiya edilərkən o vəsaitlə öz ehtiiyaclarınıı ödəyə bilsinlər”.

KATEQORIYA:
Bu xəbəri paylaş