Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev şimal bölgəsində yerli sakinləri qəbul edib

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev Xudat şəhə­rində Quba, Qusar, Xaçmaz və Şabran rayon sakinlərini qəbul edib.

DSX-nın Mətbuat Mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, qəbul zamanı vətəndaşların DSX-ya xidmətə qəbulu, sosial müavinətlərin verilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, sərhəd­ya­nı yaşayış məntəqələrində mövcud olan sosial-məişət problemlərin həlli və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.

Qaldırılan məsələlər Dövlət Sərhəd Xid­mətinin aidiyyəti struktur qurum­­la­rı­nın rəhbərlərinin iştirakı ilə araşdırılıb və konkret tapşırıqlar verilib. Əksər məsələlər yerindəcə həllini tapıb.

DSX-nın səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və baxıl­ma­sı­nın təşkili üçün nəzarətə götürülüb.

Qəbula gələn vətəndaşlar regionlarda görüşlərin keçirilməsini, onların təklif, şikayət və rəylərinin öyrənilməsini, qanuni tələblərin yerinə yetiril­mə­sini yüksək qiymətləndirərək mərkəzi icra hakimiyyəti orqanları rəhbər­lərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşki­lin­dən razılıqlarını bildiriblər, yaradılan şəraitə görə Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlıq ediblər.

KATEQORIYA:
Bu xəbəri paylaş