Dövlət Sərhəd Xidmətinin əsgərləri and içib

Dövlət Sərhəd Xidmətinin (DSX) Yevlax şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

DSX-nin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.

Tədbirdə çıxış edən DSX-nin rəisinin müavini, general-mayor İlham Mehdiyev Heydər Əliyevin müəyyənləş­dirdiyi milli sərhəd strategiyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviy­yə­si­nə qaldırıldığını, dövlət sərhədlərimizin toxunulmazlığının təmin olun­ma­­sı istiqamətində davamlı dinamik inkişafa nail olunduğunu qeyd edib. Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəf­lə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərə müvəffəqiyyətlər arzulamış, dövlətimizin ali diqqət və qayğısı sayəsində yaradılmış şəraitdən bəhrələnərək xidmətdə yüksək nəticələrə nail ola­caq­larına və hərbi anda sadiq qalacaqlarına əminliyini bildirib.

Gənc əsgərlərin valideynləri yaradılmış şəraitə görə ölkə rəhbər­li­yi­nə minnətdarlıqlarını bildirib, övladlarını təbrik edərək vətən sər­­həd­lərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.

Tədbir gənc əsgərlərin tribuna önündən təntənəli marşla keçidi ilə başa çatıb.

KATEQORIYA:
Bu xəbəri paylaş