Döyüş əməliyyatları zonasında ilk dəfə “Hisar” ZRK istifadə oluncaq

Döyüş əməliyyatları zonasında ilk dəfə “Hisar” ZRK istifadə oluncaq

Türkiyə Silahlı Qüvvələri döyüş əməliyyatları zonasında ilk dəfə olaraq “Hisar-A” və “Hisar-O” zenit raket komplekslərindən istifadə edəcək.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Dəmir jurnalistlərə açıqlamasında deyib.

Türk Ordusunun Suriyada həyata keçirdiyi əməliyatlardan danışan İsmail Dəmir bildirib ki, bir həftə içində “Hisar-A”  və “Hisar-O” zenit raket kompleksləri döyüş əməliyyatları zonasında quraşdırılacaq.

Qeyd edək ki, “Hisar-A” və “Hisar-O” ZRK-nin komanda-kontrol, radar, arayıcı başlıqlar və atəş kontrol sistemləri ASELSAN, raket və buraxıcı ROKETSAN şirkəti tərəfindən istehsal olunur.

“Hisar-A” ZRK-nin atış mənzili minimum 2 km, maksimum 16 km-dir. Orta yüksəklikdə hava hücumundan müdafiə üçün nəzərdə tutulan “Hisar-O” ZRK-nin mənzili 25 km-dir.

“Hisar” sistemində 3 fərqli çalışma rejimi mövcuddur. Birinci, maşın avtonom rejimdə bütün funksiyaları yerinə yetirir. Digər rejimdə 3 maşın qrup halında çalışır. Üçüncü rejimdə isə erkən xəbərdarlıq sistemi ilə birlikdə fəaliyyət göstərir.

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş