Döyüş meydanında qalan meyitlər çıxarılacaq

Bu gün də hərbçilərin döyüş meydanında qalmış meyitlərinin çıxarılması prosesi həyata keçiriləcək.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bakı vaxtı ilə saat 16.00-dan 19.00-dək cəbhə xəttinin müəyyən olunmuş istiqamətlərində ATƏT nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə hər iki tərəfin razılığına əsasən hərbi qulluqçuların meyitlərinin döyüş meydanından çıxarılması əməliyyatı həyata keçiriləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş