Döyüş təyyarələri “dost-düşmən” tanıma sistemi ilə təchiz olunacaq

Rusiyanın “Rostex” Dövlət Şirkətinin Birləşmiş Cihazqayırma Müəssisəsi “dost-düşmən” tanıma radiolokasiya sisteminin (RLS) hazırlanması prosesini tamamlayıb.

Bu barədə “AzeriDefence” Şirkətin mətbuat xidmətinə istinadən məlumat verib.

Aktiv fazalı anten qəfəsə malik bort radiolokasiya sistemin (AFAR) yeni nəsil təyyarələrə inteqrasiya edilməsi nəzərdə tutulub.

Bu sistemlə ilk növbədə SU-35S, T-50 PAK FA döyüş və İL-76 nəqliyyat təyyarələri təchiz olunacaq.

Mürəkkəb şəraitlərdə yüksək performans nümayiş etdirən “dost-düşmən” tanıma radiolokasiya sisteminin ilk sınaqları uğurlu keçib.

Məlumatda o da qeyd olunub ki, əvvələr istifadədə olan bu tipli sistemlər artıq texniki cəhətdən köhnəlib. Yeni sistem hərbi və mülki aviasiya təyyarələrinin hansı ölkəyə mənsub olduğunu müəyyən edərək, öz təyyarələrini dost atəşindən qorumaq məqsədilə hazırlanıb.

KATEQORIYA:
Bu xəbəri paylaş