Döyüş təyyarələri üçün yeni radioelektron mübarizə sistemi yaradılıb

ABŞ-ın “Raytheon” şirkətinin mütəxəssisləri yeni radioelektron mübarizə stansiyasının yaradılması istiqamətində işləri yekunlaşdırıblar.

Bu barədə “AzeriDefence” şirkətin rəsmi internet saytına istinadən xəbər verir.

Yeni sistem istismar müddəti bitməkdə olan ALQ-99 stansiyalarını əvəzləyəcək.

Yeni qurğu ABŞ-ın döyüş təyyarələrinin təhlükəsizliyinin artırılmasına yönəlib. Sistem Hərbi Hava Qüvvələrinin istismarına 2021-ci ildən veriləcək.

Şirkətin elektron döyüş sistemləri bölməsinin rəhbəri Daniel Teysen bildirib ki, yeni avadanlıq HHQ-nin təyyarələrinin elektron müharibəyə hazırlığını daha da təkmilləşdirəcək.

 

KATEQORIYA:
Bu xəbəri paylaş