Döyüşdə həlak olmuş Azərbaycan və Ermənistan hərbçilərinin meyitləri qaytarılıb

Aidiyyəti beynəlxalq təşkilatların vasitəçiliyi ilə əldə edilmiş qarşılıqlı razılaşmaya uyğun olaraq, Ermənistan – Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlar zamanı hər iki tərəfin nəzarətində qalmış hərbçilərin meyitləri aprelin 10-da qoşunların təmas xəttində qaytarılıb.

“AzeriDefence”nin bildirdiyinə görə bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in vasitəçiliyi ilə həyata keçirilib. Proses zamanı qarşı tərəf atəşkəs rejimini pozub.

 

KATEQORIYA:
Bu xəbəri paylaş