Döyüşlər davam edir, Azərbaycan ordusu ermənilərin mövqelərinə 180 atəş zərbəsi endirib

Ermənilərin mövqelərinə zərbələr endirilibErməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 136 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Çaylı, Yarımca, Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Mərzili, Qaraqaşlı, Kəngərli, Novruzlu, Sarıcalı, Cəvahirli, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Əbdürrəhmanlı, Qorqan, Qaraxanbəyli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 180 atəş zərbəsi endirib.

APA-nın verdiyi xəbərdə isə bildirilir ki, Erməni silahlı bölmələri Tovuzun Əlibəyli kəndini ötən gün saat 20.00 radələrindən başlayaraq gecə saat 3-ə kimi müxtəlif çaplı silahlarla intensiv atəşə tutublar.

Yaşayış məntəqəsində 150-ə yaxın evin dam örtüyü güllərdən yararsız hala düşüb.

Düşmən qüvvələrinin açdığı atəş nəticəsində kənd sakini 87 yaşlı İsa Musayev və onun həyat yoldaşı 83 yaşlı Sehran Musayeva qəlpə yaraları alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş