“Dozor-B” zirehli maşınlarının 2021-ci ildə seriyalı istehsalı başlayacaq

“Dozor-B” zirehli maşınlarının 2021-ci ildə seriyalı istehsalı başlayacaq

Ukraynanın “A.A. Morozov adına Xarkov Maşınqayırma Konstruktor Bürosu” (HKBM) tərəfindən 2021-ci ildə “Dozor-B” zirehli maşınlarının seriyalı istehsalına başlanılması planlaşdırılıb.

Bu barədə Azeri Defence saytı “Uprom.info” portalına istinadən məlumat verib.

Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamaq məqsədilə istehsal ediləcək “Dozor-B” zirehli maşınlarının sayı barədə məlumat verilməyib.

Ukrayna Silahlı Qüvvələrinə ilk 10 ədəd “Dozor-B” yüngül zirehli transportyor 2016-cı ilin iyununda təhvil verilib. Bundan sonra, Xarkov Dizayn Bürosunun dizaynerləri avtomobilin texniki xüsusiyyətlərinin yaxşılaşdırılmasının üzərində işləyib.

4×4 təkər formuluna malik “Dozor-B” maşınları təyinatından asılı olaraq zirehli transportyor, sanitar, komanda-qərargah, kəşfiyyat-dozor və digər konfiqurasiyalarda hazırlana bilir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş