“DroneShield” dronların identifikasiyası üçün proqram hazırlayıb

“DroneShield” dronların identifikasiyası üçün proqram hazırlayıb

Avstraliyanın “DroneShield” şirkəti dronların aşkarlanması, identifikasiyası və izlənməsi üçün təkmilləşdirilmiş “DroneOptID” kamera bazalı proqram təminatını elan edib.

Bu barədə “Azeri Defence”ə “DroneShield” şirkətindən məlumat verilib.

Süni intellektə əsaslanan “DroneOptIDTM” proqramı real vaxt rejimində dronları aşkarlamaq, identifikasiya etmək və izləməyə imkan verir.

Bütün növ kameralarla işləyə bilən proqramın ilk versiyası “Bosch MIC 7000” və “Bosch MIC 9000” kameraları ilə inteqrasiya edilib.

“DroneShield” şirkətinin baş direktoru Oleq Vornik bildirib ki, çox pilləli sistemlər dronların effektiv aşkarlanması və təhdidin azaldılması yanaşmasının əsasını təşkil edir: ““DroneOptID” müxtəlif təyinatlı dronların aşkarlanmasına, onlar haqqında vizual məlumatların əldə edilməsinə, o cümlədən, digər sensorlar vasitəsilə dronun yükünü nəzərdən keçirməyə, habelə dronlara qarşı tədbir sistemlərinin, kinetik silahın yönləndirilməsinə imkan verir”.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş