“DroneShield” yeni dron aşkarlama cihazını təqdim edib

“DroneShield” yeni dron aşkarlama cihazını təqdim edib

Antidron sistemlərin və həlllərin yaradılması üzrə ixtisaslaşmış Avstraliyanın “DroneShield” şirkəti əsgərlərin üzərində daşına bilən “RfPatrol” dronaşkarlama cihazının təkmilləşdirilmiş “RfPatrol Mk II” versiyasını təqdim edib.

Bu barədə “AzeriDefence”ə “DroneShield” şirkətindən məlumat verilib.

Orijinal “RfPatrol™” portativ dron aşkarlama cihazının istehsalına 2019-cu ilin may ayında başlanıb.

“Cihaz tamamilə passivdir. Düşmənin radioelektron kəşfiyyat sistemləri tərəfindən aşkarlanmır”, – deyə şirkətdən bildirilib.

Yeni nəsil “RfPatrol Mk II” çəkisi sələfindən təxminən 40% yüngüldür.

“DroneShield” şirkətinin baş direktoru Oleq Vornikin sözlərinə görə, əsgərin üzərində daşınan “RfPatrol Mk II™” pilotsuz uçuş aparatlarını qısa müddətdə aşkarlayır və ona qarşı müvafiq tədbirlər həyata keçirməyə imkan yaradır.

İstiqamətləndirilmiş antenadan istifadə edən “RfPatrol Mk II” cihazı şəhərlərdə, radiodalğaların yüksək olduğu şəraitdə dronları 1 km-ə, radiodalğaların zəif olduğu yerlərdə isə 4 km-ə qədər məsafədən aşkarlamağı bacarır. Cihazın çəkisi 800 qramdır.

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş