DSX Akade­miyasında Azərbaycanda radikal dini cərəyanlar və onlara qarşı mübarizədən danışılıb

Dövlət Sərhəd Xidməti (DSX) ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tədbirlər planına uyğun olaraq dekabrın 2-də DSX-nın Akade­miyasında “Azərbaycanda radikal dini cərəyanlar və onlara qarşı mübarizə” mövzusunda seminar keçirilib.

DSX mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, Xidmətin Akademiyasının rəisi, general-mayor Araz Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov seminarda dini radikalizm və onun fəsadları barədə çıxış ediblər.

Bəzi qüvvələrin din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı yönəldilmiş pozuculuq fəaliyyətləri, vətəndaş­la­rı­mızı xaricdə fəaliy­yət göstərən dini ekstre­mist qrupların və onların silahlı dəstələri­nin tərkibinə qoşmaq cəhdləri qətiyyətlə pislənilib, bu cür əməllər törətməyə cəhd edənlərə qarşı dövlət qurumları tərəfindən aparılan mübarizə tədbirləri haqqında geniş məlumat verilib.

Tədbirdə Azərbaycan prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu milli siyasəti nəticəsində ölkədə müxtə­lif dinlərə etiqad edən insanların mehriban və qarşılıqlı hörmət şəraitində yaşadıqları, respublikanın tolerantlıq və multi­kul­tu­­ralizm nümunəsinə çevrildiyi xüsusilə qeyd olunub.

Seminarda müxtəlif dini cərəyanlar və onların fəaliyyət metodları haqqında ətraflı məlumat verilib, dini amillərdən yararlanaraq radi­kal­­lı­ğa cəhd göstərən qüvvələrə qarşı mübarizədə hamının sayıqlıq göstər­mə­sinin zəruriliyi vurğulanıb.

KATEQORIYA:
Bu xəbəri paylaş