DSX Akademiyasında general-mayor Abbasəli Novruzovla görüş keçirilib

Prezident İlham Əliyevin 25 may 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının xüsusi xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə və 80 illik yubileyi münasibətilə “Şöhrət” ordeni ilə təltif olunmuş general-mayor Abbasəli Novruzovun iyun ayının 2-də Dövlət Sərhəd Xidməti Akademiyasının kursantları ilə görüşü keçirilib.

Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə çıxış edənlər şərəfli xidməti boyu Vətən, xalq və dövlət qarşısındakı müqəddəs borcunu vicdanla yerinə yetirən, bu gün də böyük sərhədçi nəslinə örnək və nümunə olan general-mayor Abbasəli Novruzovun gənc kadrların yetişdirilməsində müstəsna rolunu qeyd edib, yubilyara öz səmimi təbriklərini çatdırıblar.

Sərhədçi veteran general-mayor Abbasəli Novruzov mərasimdə çıxış edərək keçdiyi xidmət yolundan danışmış, kursantlara tövsiyə və tapşırıqlarını verib, Azərbaycan sərhədçisi kimi dövlətçilik ənənələrinə daim sadiq olacaqlarına, prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında dövlət sərhədlərinin etibarlı mühafizəsi naminə əzmlə xidmət edəcəklərinə, sərhədçi adını həmişə uca tutacaqlarına əminliyini bildirib.

Tədbirin sonunda general-mayor Abbasəli Novruzov kursantları maraq­lan­dıran suallara cavab vermiş, kursantlarla xatirə şəkilləri çəkdirib.

KATEQORIYA:
Bu xəbəri paylaş