DSX Akademiyasında Konstitusiya günü qeyd edilib

Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hazırlanan ilk milli Konstitusiyamızın 20 illiyi münasibətilə tədbir keçirilib.

Bu barədə “AzeriDefence”yə DSX-nın mətbuat mərkəzindən məlumat verilib.

Tədbirdə DSX-nın rəis müavini, general-leytenant Azad Ələkbərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iştirak ediblər.

Mərasimdə Konstitusiyasının ölkəmizdə güclü demokratik dövlətin qurulmasına, vətəndaşların hüquq və azadlıqlarının qorunmasına əsaslı zəmin yaratması, müstəqil dövlətçilik tariximizdə yeni mərhələnin başlanmasını təmin etməsi, ictimai-siyasi həyatımızın bütün sahələrində dinamik inkişafa güclü təkan verməsi qeyd edilib.

Tədbirdə vurğulanıb ki, əsas qanunumuzun yaratdığı geniş imkanlardan bəhrələnən xalqımız tarixi qələbələrə imza atıb, respublikamız sürətli inkişafa nail olaraq dünya dövlətləri birliyində layiqli yer tutub.

Heydər Əliyevin uzaqgörənliyi ilə mükəmməl şəkildə hazırlanan Konstitusiya ölkəmizin hərbi qüdrə­ti­nin artırılmasına, ordu quruculuğu sahəsində böyük uğurların qaza­nıl­ma­­sına, o cümlədən sərhəd mühafizəsinin müasir tələblər səviy­yə­sinə qaldı­rıl­masına əlverişli zəmin yaratmış, dövlət sərhəd­ləri­mi­zin toxu­nul­maz­lığının təmin edilməsi istiqamətində davamlı dinamik inkişafa nail olunub.

photo_20151112170710dsx_akad2

KATEQORIYA:
Bu xəbəri paylaş