DSX Akademiyasında tədbir keçirilib

Dövlət Sərhəd Xidmətinin  (DSX) Akademiyasında faşizm üzərində qələbənin 71-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

DSX mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə,  tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələrin Veteranlar Şurası sədrinin müavini Cəlil Xəlilov, Xətai rayonunun Müharibə, Əmək və Silahlı Qüvvələrin Veteranlar Şurasının sədri Nəcibə Məhərrəmova və müharibə veteranları iştirak ediblər.

Tədbirdə çıxış edənlər 1941-1945-ci illərdə Azərbaycandan 700 min nəfərdən cox insanın müharibədə iştirak etməsindən, onların 300 min nəfərinin döyüşlərdə həlak olmasından, göstərdikləri igidliyə görə 123 nəfər həmyerlimizin “Sovet İttifaqı Qəhrəmanı” adına və 170 min nəfərin müxtəlif orden və medallara layiq görülməsindən, Azərbaycanlılardan ibarət milli diviziyaların Qafqazdan Berlinədək keçdiyi şanlı döyüş yolundan, arxa cəbhədə çalışan insanların rəşadətindən, müharibənin qələbə ilə başa çatmasında Bakı neftinin misilsiz rolundan ətraflı danışıblar.

Akademiyanın rəisi polkovnik Elşən Verdiyev veteranların gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində gördükləri işlərin mühüm əhəmiyyət kəsb etdiyini, xalqımızın Böyük Vətən Müharibəsi illərində göstərdiyi qəhrəmanlıq və rəşadətin gələcək nəsillərə daim nümunə olacağını bildiriblər.

Tədbirdə iştirak edən veteranlara hədiyyələr təqdim edilib.

Sonda Böyük Vətən Müharibəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

photo_20160510113115

????????????????????????????????????

KATEQORIYA:
Bu xəbəri paylaş