DSX Akademiyasının məzunlarının buraxılış mərasimi keçilib

DSX Akademiyasının məzunlarının buraxılış mərasimi keçilib

İyunun 16-da Dövlət Sərhəd Xidməti Akademiyasının növbəti məzunlarının təntənəli buraxılış mərasimi keçilib.

Bu barədə “AzeriDefence”ə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Dövlət Himninin ifası ilə başlanan tədbirdə Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycanın sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində yüksək nailiyyətlərin əldə olunduğu qeyd edilib.

Prezidenti İlham Əliyevin sərhədçilər qarşısında qoyduğu – şəxsi heyətin döyüş və peşəkar hazırlığının gücləndirilməsi, bilikli, savadlı və vətənpərvər, Azərbaycan dövlətçiliyinə sadiq zabitlərin yetişdirilməsi kimi tapşırıqların ən yüksək səviyyədə icra olunduğu, görülmüş tədbirlər nəticəsində DSX-nin Akademiyasının təkcə ölkənin deyil, regionun beynəlxalq səviyyəli qabaqcıl ali hərbi təhsil müəssisələrindən birinə çevrilməsi qürurla vurğulanıb.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb, dövlət bayrağının qısa müddətdə Azərbaycanın işğaldan azad olunacaq şəhər və kəndlərində dalğalanacağı, Heydər Əliyev dövlətçiliyinin əsgəri olan Azərbaycan sərhədçilərinin Ali Baş Komandanın bütün əmr və göstərişlərini ən yüksək səviyyədə icra etməyə daima hazır olmaları xüsusi vurğulanıb.

DSX Akademiyasını bitirən leytenantlara diplomlar təqdim olunub və gənc zabitlər “Sərhədçi andı”nı qəbul ediblər.

Tədbirin sonunda zabitlər və kursantlar təntənəli marşla tribunanın önündən keçiblər.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş