DSX bu il Azərbaycanda inşa edilmiş 3 yeni hərbi gəmini silahlanmaya qəbul edib

Dövlət Sərhəd Xidmətinin 2016-cı ildə xid­məti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi ke­çiril­ib.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin məbuat mərkəzindən məlumat verilib.

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşun­larının Komandanı general-polkovnik Elçin Quliyev müşavirədə hesabat məruzəsi ilə çıxış edərək, hərbi hissə və struk­tur qurumların xidməti fəaliyyətini qiymətləndirib, 2017-ci ildə Dövlət Sərhəd Xidməti qarşısında duran əsas vəzifə və tapşırıqları qeyd edib.

E. Quliyev qeyd edib ki, Azərbaycan Sərhəd Mühafizəsi üçün 2016-cı il döyüş hazırlığının da­ha yük­sək səviyyədə təmin edilməsi, dövlət sərhədinin toxunulmazlığının tə­minatı təd­bir­lərinin ardıcıl davamı, dövlət sərhədinin əmə­­liy­yat və texniki yolla mühafizəsinin gücləndi­ril­məsi, bey­nəl­xalq sərhəd əməkdaşlı­ğının genişlən­dirilməsi ilə əla­mət­­dar olub.

Dövlət sərhədlərinin mühafizəsinin təşkilində uğurların əldə olunması Da­hi Ön­­­dər Heydər Əliyevin sərhəd mü­hafi­zə­si sahəsindəki ideya və dü­şün­cələrinin əzm­­lə gerçəkləş­dirilməsi, döv­lət sərhəd­ləri­nin toxunulmazlı­ğı­nın təmi­natı məsələ­lə­rinə prezi­dent Silahlı Qüv­və­lərin Ali Baş Ko­man­­­danı İlham Əliyevin ali diqqəti nəticə­sində mümkün olub.

Prezident İlham Əliyevin iyun ayının 13-də DSX Sahil Mühafizə­si­nin “Gəmi inşası zavodu”nda inşası yekunlaşmış “Tufan” tipli sərhəd gözətçi gə­misi və yeni istifadəyə verilən itisürətli qayıqlarla tanış olması, dəniz sərhədlə­ri­nin və neft-qaz in­frastrukturunun mühafizəsi üz­rə mühüm tap­şırıqlar verməsi, avqust ayının 10-da Şəki sərhəd dəstəsinin “Laza” sərhəd zastavasına baxış keçirməsi, DSX-nin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların təkmilləşdiril­məsi üzrə qərarlar verməsi, DSX Akademiyasının Nizamna­mə­­­sini təsdiq etməsi, DSX-nin koman­dan­lığını növbəti ali hərbi rütbə­lə­rə layiq bilməsi, DSX əməkdaşlarını 5 orden, 50 me­dalla, 2 fəxri adla təl­tif etməsi bütün şəxsi heyət tərəfindən bö­yük ruh yüksəkliyi ilə qarşılanıb.

Müşavirədə 2016-cı ildə Dövlət Sərhəd Xidməti tərəfindən əldə olunan nailiyyətlər barədə məlumat verilib. Bildirilib ki, cari ildə Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqan­ları ilə əlaqədə şübhəli bilinən 7 Azərbaycan, 1 əcnəbi vətəndaş, məx­fi əmək­daşlığa cəlb olunmuş 4 Azərbaycan vətəndaşı müəyyənləşdirilib. Xricdə münaqişə zonalarında dö­yüşmüş 8 Azərbaycan vətəndaşı saxlanılıb, qanun­suz miq­rasiya ilə məşğul olan 6 qrup, qaçaqmalçılıq, narkotik mad­dələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 mütəşəkkil cinayətkar dəs­tə zərərsizləşdirilib. Sərhəd reji­mini pozduqlarına görə 13 min 248 nəfər, axtarışda olan 4590 nəfər, dövlət sərhədini pozduqlarına görə 503 nəfər saxlanılıb.

Sərhədçilər tərəfindən 49 milyon 319 min manat dəyərində qa­çaq­malın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb ki, 2015-ci il ilə müqayisədə bu göstərici 8,3 dəfə çox olub. 2015-ci il ilə müqayisədə 7,2 dəfə çox narkotik vasi­tənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb. (2015-ci ildə 165 kq 185 qram narkotik vasitə tutulduğu halda, 2016-cı ildə bu göstərici 1 ton 189 kq 997,7 qram olub).

DSX Sahil Mühafi­zə­sinin sərhəd gözətçi gəmilərinin sualtı mühafizə imkanları güclən­dirilib, 3 ədəd yeni gəmi dəniz kam­paniyasına qəbul olunub. Oktyabr ayında genişmiqyaslı döyüş atışlı taktiki dəniz sərhəd təlimləri keçirilib, Azərbaycanın dəniz təlim­ləri tarixində ilk dəfə olaraq gəmi silahlarının gecə və gündüz şəraitində atışları zamanı bütün təlim tapşırıqları yüksək səviyyədə icra olunub. Şəxsi heyət tərəfindən böyük döyüş məharəti nümayiş etdirilib. May ayında “Ağgöl” səhra təlim mərkəzində 150-dək zirehli texnikanın, 8 ədəd helikopter və 1100 nəfərdən çox şəxsi heyətin cəlb olunduğu geniş miqyaslı taktiki səhra təlimi uğurla keçirilib.

Müşavirədə qeyd edilib ki, dövlət sərhədin­dən buraxılış məntəqələrində xidməti fəaliyyət ən yüksək tələblər səviy­yəsində təşkil olunub. Xüsusən də yay aylarında ölkəmizə böyük turist axını zamanı əcnəbilərin ölkəyə gəlmə və ölkədən getmə prosesləri daha təkmil səviy­yə­də tənzimlənib. Azərbaycan Respublikası­nın Prezidenti yanında Vətəndaşlara Xid­mət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə bu istiqamətdə qarşılıqlı faydalı əməkdaşlıq təşkil olunub. Müqabil ölkələrin sərhəd mühafizə qurumları ilə qarşılıqlı əməkdaşlıq for­matları geniş­lən­dirilib, o cümlədən Dövlət Sərhəd Xidmətinin təşəbbüsü ilə 2016-cı ilin mart ayında Bakı şəhərində Azərbaycan-Rusiya-İran sərhəd qurumları rəhbərlərinin üçtərəfli görüşü olub. Dövlət sərhədlərinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi təd­bir­ləri uğurla davam etdirilib, 134 binadan ibarət tikinti komplekslərinin əsas­lı təmir-tikintisi, 424 xidməti mənzilin inşası həyata keçirilib. DSX-nin hərbi qulluqçuları üçün Bakı şə­hə­rində inşa olunmuş 624 mənzil­dən ibarət yaşayış şə­hər­ciyinin güzəştli ipoteka şərtləri əsasında şəxsi heyətin xüsusi mülkiyyətinə veril­məsi təmin olunub. Dövlət Sər­­­həd Xidmətinin hərbi hissə­lərində, sərhəd bölmələrində “Vali­deyn gün­­­lə­­ri”nin keçirilməsi təcrubəsi uğurla davam etdirilib, hesabat döv­ründə bu cür 86 görüş keçirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş