
DSX-də qaynar xətt fəaliyyətə başlayıb
Dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyəti ilə bağlı vətəndaşların müraciət və sorğularının operativ şəkildə cavablandırılması üçün Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətində 16-58 qısa nömrəli qaynar xətt xidməti fəaliyyətə başlayıb.
Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Sabit telefon şəbəkəsinin abunəçiləri üçün yığım qaydası, Bakı şəhəri üzrə – 16-58, bölgələr üzrə – 012-16-58, mobil telefon şəbəkələrinin abunəçiləri üçün- 16-58 təyin edilib.
KATEQORIYA: Xəbərlər