DSX dənizdə BP-nin tədqiqat aparatını aşkar edib

DSX dənizdə BP-nin tədqiqat aparatını aşkar edib

BP şirkəti ilə bağlanılmış müqavilə əsasında Xəzər dənizinin Azərbaycana mənsub sektorunda yerləşən neft-qaz boru kəmərlərinin sualtı yoxlanılmasını həyata keçiriən “Olimp Engeneering” şirkətinin “Xocean-2” aparatında nasazlıq yaranmış və idarəetməni itirməsi səbəbindən aparat küləyin təsiri ilə açıq dənizə doğru səmtlənib.

Bu barədə “AzeriDefence”ə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Bildirilib ki, “Olimp Engeneering” şirkətinin rəhbərliyi aparatın axtarışında köməklik göstərilməsi məqsədilə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə müraciət edib.

Dövlət sərhədinin mühafizəsində olan 304-cü sərhəd gözətçi gəmisi “Xocean-2” aparatının axtarış tədbirlərinə cəlb edilib və 2 saat axtarışdan sonra Neft Daşlarından 15 km cənub-qərbdə aparat aşkarlanaraq dalğalı hava şəraitində yedəyə alınıb və təhlükəsiz yerə gətirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş