DSX-də “Azərbaycanda radikal dini cərəyanlar və onlara qarşı mübarizə” mövzusunda seminar keçirilib

Dövlət Sərhəd Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tədbirlər planına uyğun olaraq aprelin 13-də Dövlət Sərhəd Xidmətinin Aparatında “Azərbaycanda radikal dini cərəyanlar və onlara qarşı mübarizə” mövzusunda seminar keçirilib.

Bu barədə “AzeriDefence”yə DSX-nin məttbuat mərkəzindən məlumat verilib.

Dövlət Sərhəd Xidməti rəisinin müavini general-mayor Azad Ələkb­rov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov seminarda çıxış edərək bəzi qüvvələrin radikal dini cərəyanların ölkəmizdə təbliğinə, dövlətimizin dünyəvi xarakterini dəyişmək və sabitliyi pozmaq üçün dini ayrı-seçkilik yaratmaqla insanları müxtəlif təriqətlərə parçalamağa, vətəndaşlarımızı xaricdə fəaliyyət göstərən dini ekstremist qrup­ların və onların silahlı dəstələrin tərkibində iştirakına cəlb etməklə cinayət tərkibli əməllər törətməyə cəhd göstərdiklərini vurğulayıblar.mışlar.

Dövlət başçısının həyata keçirdiyi uğurlu milli siyasət nəticəsində ölkəmizin tolerantlıq və multikulturalizm nümunəsinə çevrilməsi, müxtəlif dini inaclara məxsus insanların mehriban və qarşılıqlı hörmət şəraitində yaşaması barədə ətraflı danışılıb.

Seminarda dini amillərdən yaralanmağa cəhd göstərən radikal qüvvələrə qarşı dövlət qurumları tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verilib, bu kimi ünsürlərlə mübarizədə hamının sayıqlıq göstərməsinin zəruriliyi qeyd olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş