DSX-da 2015-ci ilin yekunlarına dair hesabat müşavirəsi keçirilib – FOTOLAR

Dövlət Sərhəd Xidmətinin (DSX) 2015-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunan hesabat müşavirəsi keçirilib.

Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Bu gün keçirilən müşavirədə bildirilib ki, Azərbaycan Sərhəd Mühafizəsi üçün 2015-ci il döyüş hazırlığının daha yüksək səviyyədə təmin edilməsi, dövlət sərhədinin toxunulmazlığının təminatı tədbirlərinin ardıcıl davamı, dövlət sərhədinin əməliyyat yolu ilə mühafizəsinin gücləndirilməsi, beynəlxalq sərhəd əməkdaşlığının genişləndirilməsi ilə əlamətdar olub. Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Koman­danı İlham Əliyevin sentyabrın 7-də DSX Sahil Mühafi­zə­sinin “Gəmi inşası zavodu”nda inşası yekunlaşmış ikinci dərəcəli sərhəd gözətçi gəmisi ilə tanış olması, dəniz sərhədlərinin mühafizəsi və neft-qaz infrastruk­turu­nun mühafizəsi üzrə mühüm tapşırıqlar verməsi, DSX komandanlığını növbəti ali hərbi rütbələrə layiq bilməsi, DSX əməkdaşlarını orden və medallarla təltif etmə­si bütün şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.

2015-ci ilin nailiyyətlərinə gəlincə, qeyd olunub ki, mayın 18-20-də “Ağgöl” səhra təlim mərkəzində çevik hərəkət bölmələrinin və aviasiya qüvvələrinin cəlb edilməsi ilə geniş miqyaslı taktiki təlim keçirilib.

DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin sualtı mühafizə imkan­larının gücləndirilib, 4 yeni gəmi dəniz kompanyasına qəbul olunub. Sentyabrın 28-30-da Rusiyanın Sərhəd Xidməti ilə “Xəzər dəni­zin­də birgə sərhəd təlimlər keçirilib. Bu zaman müxtəlif şəraitlərdə verilən tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib. Noyabrın 24-26-da “Ağgöl” səhra təlim mərkəzində DSX-nın çevik hərəkət bölmələrinin və aviasiya qüvvələrinin döyüş hazırlığı səviyyəsinin yoxlanılıb, aviasiya və döyüş texnikasının birgə döyüş tətbiqi üzrə idarəetmə orqanlarının fəaliyyəti nümayiş etdirilib. Dekabrın 5-də DSX-nin “Sitalçay” tədris mərkəzində yeni təlim poliqo­nu­nun xidməti istifadəyə verilib.

Toplantıda vurğulanıb ki, sərhəd aviasiyasının xidməti-döyüş imkanlarının və uçuş heyətinin peşəkar­lıq səviyyəsi də artırılıb. Dövlət sərhədlərinin mühafizəsində yüksək rabitə texnologiyalarının, o cümlədən “Azərsky” peykinin imkanlarından istifadə edilib. DSX Akademiyasının 4-cü buraxılışı olan gənc leytenantlar, o cümlədən ilk dəfə dənizçi və aviasiya ixtisaslı zabitlər “Dövlət Bayrağı Meydanı”nda sərhəd­çi andı qəbul edib, Xidmətin Xüsusi Məktəbinə xüsusi təyinatlı orta təhsil müəssisəsi statusu verilib, Xüsusi Məktəbin ilk məzunları DSX Akademiyasına daxil olub.

DSX-nın hərbi hissələrində, sərhəd bölmələrində “Valideyn günləri” keçirilməsi təcrübəsi uğurla davam etdirilib. Hesabat dövrün­də 74 bu cür görüş keçirilib.

2015-cü ildə dövlət sərhədini pozduğuna görə 461, sərhəd rejimi qaydalarını pozduqlarına görə 16 min 648 nəfər saxlanılıb. Onların 55,1% Azərbaycan, 8,5% Özbəkistan, 7,6% İran, 4,3% Banqladeş, 3,9% Əfqanıstan, 2,6% Gürcüstan, 2,4% Moldova, 2,2% Rusiya, 1,7% Türkiyə, 1,3% Nigeriya, 1,3% Qırğızıstan, 9,1% digər ölkə vətəndaşları olub.

İl ərzində 4011 nəfər axtarışda olan şəxs tutulub, 269 nəfər saxta, 30 nəfər özgəsinin sənədi ilə və 20 nəfər gizli şəkildə sərhəd nəzarəti məntəqələrindən keçməyə cəhd edərkən saxlanılıb.

2015-ci il ərzində 5 milyon 242 min manat dəyərində qaçaqmal tutulub, 164 kq 858 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alın­ıb. 21,1 ton yabanı halda bitmiş narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib.

Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xid­mət orqanları ilə əlaqədə şübhəli bilinən 7 AR, 1 əcnəbi vətəndaş, məxfi əməkdaşlığa cəlb olunmuş 2 AR vətəndaşı müəyyən olunmuş xaricdə münaqişə zonalarında döyüşən 11 Azərbaycan vətəndaşı saxlanılıb, qanunsuz miqra­siya, qaçaqmalçılıq, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.

Xəzər dənizində sərhəd rejiminə nəzarət məqsədilə Azərbaycana məxsus 73, Rusiyaya məxsus 19, İrana məxsus 6, Qazaxıstana məxsus 1 gəmiyə, Türkmə­nistana məxsus 6 gəmiyə, Azərbaycana məxsus 363 kiçik həcmli üzmə vasitəsinə baxış keçirilib. Azərbaycana məxsus 13 gəmi, digər dövlətlərə məxsus 4 gəmi və bizə məxsus 179 qayıq, o cümlədən 347 nəfər heyət üzvü barəsində zəruri tədbirlər görülüb. Hesabat dövründə DSX Sahil Mühafizəsi tərəfindən 4 halda dənizdə xilasetmə əməliyyatları keçirilib, 8 vətəndaş xilas edilib.

Sərhəd sularında keçirilən rejim tədbirləri zamanı dənizdə qanunsuz qurulan, üzmə vasitələrinin hərəkəti üçün təhlükəli olan balıq ovlama vasitələri – 18,8 min metr tor, 4 min ədəd qarmaq yığılıb.

Dövlət sərhədlərinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri uğurla davam etdirilib, 124 binadan ibarət 24 tikinti kompleksinin əsaslı təmir-tikintisi, hərbi hissələrdə zabit-gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması üzrə 432 mənzilin inşası həyata keçirilib, 50 xidməti mənzil istifadəyə verilib.

DSX-nın hərbi qulluqçuları üçün Bakı şəhərində 600 mənzildən ibarət yaşayış şəhərciyinin inşası yekunlaşdırılıb və güzəştli ipoteka şərtləri əsasında şəxsi heyətin xüsusi mülkiyyətinə verilməsi təmin olunub.

Hesabat müşavirəsinin sonunda Azərbaycan Prezidentinin Sərən­camları ilə təltif olunan hərbi qulluqçulara orden, medallar və fəxri adların döş nişanları təqdim olunub.

 

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

 

KATEQORIYA:
Bu xəbəri paylaş